Ofis kreslosunu necə seçmək lazımdır?

Texnologiyanın inkişafı ilə işlərin çoxu stolüstü fəaliyyətə çevrilməyə başladı. Əslində stolüstü kreslo ofislərdə və evlərdə olmazsa olmazlardan birinə çevrilib. Düzgün və rahat ofis kreslosunu seçməklə işinizi daha diqqətli şəkildə yerinə yetirə bilərsiniz. İş kreslosu seçərkən nələrə diqqət etməli olduğunuzu bilirsinizmi?

Çalışma kreslosu seçərkən çox diqqətli olmalısınız, çünki sağlamlığınız təhdid altında ola bilər. Erqonomik olmayan iş (rəhbər, işçi) kresloları boyun, bel və çiyinlərdə ciddi narahatlıq yarada bilər. Uzun və yorucu iş saatlarını daha rahat vəziyyətə gətirə bilərsiniz. Kreslonun bel dayağı, arxa hündürlüyü və meyli, boyun dəstəyi, dönmə qabiliyyəti, təkərlər çox vacib detallardır.

Ayrı-ayrılıqda tənzimlənən erqonomik iş kreslosu iş saatlarınızı daha məhsuldar keçirməyə imkan verir. Rahat və erqonomik olmayan bir çalışma kreslosu seçdiyiniz zaman həm sağlamlığınıza mənfi təsir edəcək, həm də bir müddət sonra narahat olacaqsınız və bu, işinizə yansımağa başlayacaq.

Bel və boyun dayaqlı hərəkətli iş kreslosu oturaraq işləyənlər üçün bədəndəki yükü azaldacaq.

Hündürlüyü tənzimlənən olduğu üçün həm iş masanıza, həm də öz bədəninizə uyğun tənzimlənə bilən iş stullarına, kreslolarına üstünlük verməlisiniz. İş masanız sizdən çox hündürdürsə çiyin ağrılarına, çox aşağı olduqda isə kürək və bel ağrılarına səbəb olar. Əksər kreslolarda sabit qol dəstəyi var. Ancaq tənzimlənən qol dəstəyi ilə iş kreslosunu seçsəniz, çiyinləriniz daha rahat olacaq.

İşçi kreslosunun ayaqları sərbəst fırlanmalı və bütün istiqamətlərdə sərbəst hərəkət edə bilməlidir.

Ana səhifə
Məhsullar
Kataloq
Layihələr
Əlaqə
Bizə yazın