Məhsullarla tanış olmaq və sifariş etmək üçün salonumuza yaxınlaşaraq və ya telefon vasitəsi ilə əlaqə saxlayaraq satış mütəxəssisləri tərəfindən konsultasiyadan yararlana bilərsiniz.
3D interyerin göstərilməsi müştərilərimizə hər bir detalı görməyə və yekun nəticəni vizuallaşdırmağa kömək edir. 3D göstərmə ilə dizaynı müştərilərimizə çatdıra bilir və real vaxt rejimində daha sürətli dəyişikliklər etməyə imkan yaradır ki, bu da layihənin vaxtına və xərclərinə qənaət edə bilər.
Əgər işlərinizin çoxluğundan mebel seçiminə vatınız yoxdursa və ya seçim etməkdə qərarsız qalmısınızsa, o zaman narahat olmayın. Offissa Dizayn bu vəziyyəti də göz önündə tutaraq, təyin olunan yerə satış menecerini yönləndirərək sizə mebel seçimində yardımçı olacaqdır.
Hər bir məhsula 2 il zəmanət verərək müştərilərimizin güvənini qazanırıq.
Xidmətlərimiz satışa qədərki proseslə bitmir, satış sonrası xidmətlə də müştərilərin ehtiyaclarını ödəməyə hər zaman hazırıq.
Məhsulların çatdırılmasını təmin etdikdən sonra hər hansı yaranan problem əməkdaşlarımız tərəfindən həll olunur.
Məhsulları Bakı, Sumqayıt və Xırdalan ərazilərinə ödənişsiz çatdırmaqla xidmətlərimizi qüsursuz şəkildə tamamlayırıq.