`
Günel Ağayeva
Günel Ağayeva Nazim qızı 1994-cü ildə anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetini (bakalavr,magistr) tam ali təhsil olaraq bitirib. İstanbul Teknik Üniversitesi-də təcrübə proqramında iştirak etmiş, İstanbul ‘İSKİ’-də memar vəzifəsində çalışıb. Həm də ”North West Construction” şirkətində Bakının məşhur binalarının tikintisində memar vəzifəsində çalışıb. Hal-hazırda “Offissa Dizayn”-da dizayner və universitetdə müəllim kimi fəaliyyətini davam etdirir.
Aqşin İsmayılov
İsmayılov Aqşin Yusif oğlu 1986-cı ildə Bakı şəhərində doğulub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakultəsində 2003-2007-ci illərdə təhsil alıb. 2010-2012 "Embawood MMC", "İdeal Dizayn" ofis mebeli mağazasında dizayner-konstruktor vəzifəsində işləmişdir. Hal-hazırda "Offissa Dizayn" şirkətində dizayner vəzifəsində çalışır.
Məryəm Kərimova
Azərbaycan Memarlıq və İnşaat Unversitetini bitirmişdir. İlk iş təcrübəsini "Həsənoğlu LTD" -də memar vəzifəsində çalışaraq əldə edən Məryəm xanım daha sonra "Caspian Plaza Bina layihələri"-ndə baş dizayner vəzifəsində işləmişdir. Digər təcrübəsi "Embawood" mebel mağazasında olmuşdur. Hal-hazırda "Offissa Dizayn" mebel şirkətində dizayner vəzifəsində işini davam etdirir.
Əli Məmmədov
Məmmədov Əli Samir oğlu 1998-ci ildə Gürcüstanda anadan olmuşdur. O 2015-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsinin dizayn ixtisasını bitirmişdir. O həm rəssam, həm qrafik və interyer dizayner, həm də 3D modeller və vizualizatordur. 2020-ci ildən "Offissa Dizayn" şirkətində dizayner vəzifəsində çalışır. Şirkətimizin ümumi kataloqunun həm interyer dizayn, həm 3D modelləmə, həm də qrafik dizayn işlərini görmüşdür.